
Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, prezidentin başsağlığı məktubunda bildirilir:
“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik.
Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki,Ankarada Müasir İncəsənət Mərkəzində rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib