19 Dekabr, 2016
Rusiyada müsəlman telekanalı yaradılır
Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.

O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.
R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.

Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6013.html