
Birləşmiş Ərəb Əmirliklərininn Şarjə şəhərində XIX Beynəlxalq İslami İncəsənət Festivalı öz işinə başladı və festival 40 gün davam edəcəkdir.
Ahlibeyt.az-ın İqna-ia istinadən verdiyi xəbərə görə, 19-cu Beynəlxalq İslami İncəsənət Festivalı Şarcənin Media və Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət gösərən "Mədəniyyət İşləri İdarəsi"nin təşəbbüsü ilə keçirilir.
Bu festivalın proqramları BƏƏ-nin müxtəlif məşhur məkanlarında, o cümlədən Şarcənin Elmlər Akademiyasının Gözəllik İncəsənəti institutu, Şarcənin İnsənət Muzeyi, "Əlməcaz amfiteatrı", "Əlməcaz Fəvvarələri", "Ən-Nur" və "əl-Xətt Meydanı"nda icra ediləcəkdir.
Festivalının koordinatoru bildirib ki, Beynəlxalq İslami İncəsənət Festivalında 346 proqram, o cümlədən sərgilər, çıxışlar, kiçik təlim kursları, atelyelər, seminarlar və digər toplantılat 40 gün müddətində icra olunacaqdır.
Qeyd olunub ki, festival çərçivəsində 42 sərgi keçiriləcəkdir. Bu sərgilərin 34-ü Şarjanın İncəsənət Muzeyində baş tutacaq.
Həmçinin 22 Ərəb və digər ölkələrdən 64 incəsənət ustadı bu festivalda iştirak edəcəklər. Festivalda incəsənət xadimləri özlərinin 232 incəsənət əsərini sərgiləyəcəkdir.