
İrlandiyada müsəlman icmasının nümayəndələrinin savadlılıq dərəcəsi digər din mənsubları ilə müqayisədə daha yüksəkdir .
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, bu barədə İslam.ru məlumat yayıb.
Qeyd olunur ki,İrlandiyalı müsəlmanların savadlılıq dərəcəsi (orta hesablda 11,8 il təhsil) digər din mənsubları ilə müqayisədə 1 il artıqdır.
Ekspertlər hesab edir ki, 90-cı illərin sonunsa İrlandiyada iqtisadi dirçəliş bu ölkəyə Pakistan və Afrika ölkələrindən köç edən imiqantların sayının çoxalmasına səbəb olub.
Hazırda əhlisinin sayı 4.5 milyondan artıq olan bu avropa ölkəsində 70 min müsəlman yaşayır ki, onlardan 2 min nəfəri tibb sahəsində çalışır.