
Moskvada başlamış XI ümumrusiya müsəlman poeziyası müsabiqəsinə ölkə ərazisində yaşayan hər bir şair İslamın sütunlarından olan namaza həsr edilmiş əsərini təqdim edə bilər.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, müsabiqə bir neçə mərhələdə aparılacaq.
Gələn il mart ayının 1-nə kimi təşkilat komitəsi əsərlərin toplanması ilə məşğul olacaq. Martın 2-dən 9-na qədər müddətdə müsabiqə komissiyasının ekspert üzvləri şeirləri qiymətləndirərək qalibləri müəyyənləşdirəcəklər.
Ayın 10-dan 20-nə qədər müsabiqə saytında http://поэтическийконкурс.рф dərc olunacaq 5 şeirə veriləcək oxucu səsverməsi barədə məlumat əksini tapacaq.
Qaliblərin elan edilməsi və laureatların mükafatlandırılması mərasimi isə martın 26-da Moskvada baş tutacaq.