
Dünən İspaniyada yayıma başlayan "HispanTV" televiziya kanalına İspaniya və Latın Amerika sakinləri baxa biləcəklər. İrana aid olan televiziya kanalında dini mövzularla yanaşı siyasi mövzular, o cümlədən, Fələstin-İsrail münaqişəsi də geniş işıqlandırılacaqdır. Kanalın press-relizində bildirilir ki, kanalın açılmasından məqsəd İran, Yaxın Şərq və Latın Amerikası xalqlarının arasında qarşılıqlı anlaşma yaratmaqdır.
1 yanvar 2012-ci ildən isə "Cordoba" adlanan digər televiziya kanalının açılması nəzərdə tutulur. Bu kanal isə Səudiyyə Ərəbistanıənın maliyyə dəstəyilə açılmışdır. Kanalın rəhbərliyini tanınmış vahhabi alimi Şeyx əl-Fauzan edəcəkdir ki, o Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "İxtariyyə" və BƏƏ-də "əl-Məcd" kanallarına rəhbərlik edir.
ansar.ru