15 Dekabr, 2016
Nigeriya ordusu 605 nəfəri "Boko Haram"ın girovluğundan azad edib

Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Sambisa meşəsində aparılan xüsusi əməliyyatlar zamanı 605 nəfəri "Boko haram" terror təşkilatının əsrliyindən azad edib.

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi məlumat yayıb.

Əməliyyatlar dekabrın 7-dən 14-dək aparılıb. Xüsusi əməliyyatların komandanı Laki İrabor onların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hakimiyyətin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5999.html