
Türkiyə, Rusiya və İran 5 ildən çoxdur davam edən Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün dekabrın 27-də Moskvada bir araya gələcəklər.
Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən verdiyi xəbərə görə, "Anadolu" agentliyinin yaydığı məlumatda bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk mediasına müsahibəsində bildirib.
O qeyd edib ki, Suriya ərazisində atəşkəsə nail olmaq və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlamaq üçün bacardığımız bütün vastələrdən istifadə edirik.
M.Çavuşoğlu görüşün formatını və danışıqlarda iştirak edəcək rəsmilərin tərkibi barədə hələlik açıqlama verməyib.