13 Dekabr, 2016
Gürcüstan Müsəlmanları İttifaqı dini idarənin ləğvini tələb edir

Gürcüstanın Müsəlmanları İttifaqı ölkənin Dini Məsələlər üzrə Agentliyinin ləğvini tələb edib.

Ahlibeyt.az-ın apa-ya  istinadən verdiyi məlumata görə, bu barədə ittifaqın sədri Tariel Nakaidze bildirib.

O deyib ki, bu agentlik dini azlıqlar və ümumilikdə ölkənin inkişafının qarşısında duran ciddi maneələrdən biridir:

“Bizim daxilimizdə elə fikir var ki, biz müsəlmanlar ikinci dərəcəli vətəndaşlarıq. Dini Məsələlər üzrə Agentlik tərəfindən ciddi problemlər yaradılır. Bu agentlik dövlətlə dini təşkilatlar arasında vasitəçi rolunu oynamalıdır, amma bizə nəzarətçi kimi fəaliyyət göstərir”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5989.html