12 Dekabr, 2016
Nadir şahın İmam Əlinin (ə) hərəminə bağışladığı qızıl tac yenidən müqəddəs hərəmdə - FOTO
Nadir Şah Əfşar İmam Əlinin (ə) müqəddəs hərəminə bağışladığı qızıl tac yenidən o Həzrətin hərəminə geri qaytarılıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Rəbiül-əvvəl ayının 17-də(miladi - 17 dekabr) İslam Peyğəmbərinin (s) mövlud günündə hərəmə qaytarılan qızıl tacın günbəzin üzərinə yerləşdirilməsi mərasimi keçiriləcək.

Qeyd edək ki, Nadir şah təqribən 280 il öncə Hindistanı fəth etdikdən sonra öz nəzrini yerinə yetirmək üçün İraqa səfər edir və müqəddəs hərəmləri ziyarət edir.

Nəcəf şəhərində Nadir şahın göstərişi əsasında İmam Əlinin (ə) hərəminin günbəzi və minarələri qızıl ilə bəzədilir və günbəzin üzərinə 14 şüası olan günəş və onun da üzərində ələm hazırlanır və quraşdırılır.

Qeyd edək ki,devrildikdən sonra edam olunan İraqın keçmiş prezidenti Səddam Hüseynin göstərişi ilə bu qızıl tac hərəmin günbəzindən çıxarılaraq müsadirə olunmuşdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5986.html