
ABŞ-ın Texas ştatında Houston şəhərində yaşayan bir qrup qeyri-müsəlman sakinlər müsəlmanlara dəstək üçün aksiya təşkil ediblər.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Houston şəhər məscidinin qarşısında toplaşan insanlar son vaxtlar ABŞ-da müsəlmanlar və onların inanclarına qarşı mənfi atmosfera yaradılmasına etiraz ediblər.
Cümə günü təşkil olunan bu aksiyada aksiya iştirakçıları cümə namazında toplanmış müsəlmanlarla görüşüb.
Etirazçılar həmçinin əllrəində üzrəində “Sizin burda olmağınızdan məmnunuq”, “Biz hamımız Amerikalıyıq” kimi şüarlar yazılmış plakartlar daşıyıblar.