6 Dekabr, 2016
Facebook, Twitter, Youtube və Microsoft terrorizmlə online mübarizə aparacaqlar

Dünyanın ən iri dörd internet-şirkəti - Microsoft, Facebook, Twitter və Youtube terrorizmlə online mübarizə aparacaqlar.

Ahlibeyt.az-ın Trend-ə istinadən erdiyi xəbərə görə,bu barədə RiaNovosti agentliyi məlumat yayıb.

Məlumata görə,dünyanın ən iri sosial şəbəkələrini özündə birləşdirən şirkətlər öz aralarında unikal rəqəmli video identifikatorların mübadiləsini aparacaqlar və bu potensial terrorçunu müəyyənləşdirməyə imkan verəcək.

Həmçinin bildirilir ki, şirkətlər müştərilərin fərdi məlumatlarını bölüşməyəcəklər


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5967.html