5 Dekabr, 2016
"Quran və Azərbaycan Ədəbiyyatı" adlı kitab çap olunub

Bakıda "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" adlı kitab nəşr edilib.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası üzvü Mahirə Quliyeva tərəfindən yazılan "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" adlı kitab İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə çap olunub.

Müəllif, bu kitabın bəzi hissələrində klassik Azərbaycan ədəbiyyatında Qurani-Kərimin bəlağət xüsusiyyətlərini dəyərləndirməkdədir. Bu kitab həmçinin Nizami Gəncəvi, Füzuli və Nəsimi kimi bəzi şairlərin şeirlərindəki Quranı-Kərimin təsirini açıqlayır.

Verilən məlumata görə, "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" kitabı İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə çap olunub və 304 səhifədir.

‘Quran və Azərbaycan Ədəbiyyatı’ adlı kitab çap olunub

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5963.html