
Bu gün İraqın paytaxtı Bağdadın 12 məhəlləsində partlayışlar törədilib. Məlumata görə terrorlar Bağdadda əsasən şiələr yaşayan məhəllələrdə törədilib ki, nəticədə 65 nəfər həyatını itirmiş, 197 nəfər isə yaralanmışdır.
Yaralıların bir hissəsinin vəziyyətinin ağır olduğundan həlak olanların sayının artacağı ehtimal edilir.