
Hazırda azad olunmuş məhəllələrdə istehkamçlır işləyir
Suriyanın hökumət qüvvələri, həmçinin xalq könüllü dəstələri terrorçuları Hələbin daha iki məhəlləsindən çıxardaraq, şəhərin şimal-şərq hissəsinə nəzarəti tam ələ keçiriblər.
Ahlibeyt.az "Report"a istinadla xəbər verir ki, bu barədə şəhərin könüllülər qərargahına istinadən RİA "Novosti" məlumat yayıb.
"Ordu və könüllülər Şeyx-Hodr və Şeyx-Fares məhəllələri üzərində nəzarəti geri qaytarmağa müvəffəq olublar. Beləliklə, demək olar ki, Hələbin şimal-şərq hissəsi tam olaraq Suriya ordusunun nəzarəti altındadır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hər iki məhəllədə döyüşlər təqribən bir sutka davam edib. Hazırda azad olunmuş ərazilərdə istehkamçılar işləyir.