
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcək.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu baradə bu gün QMİ-də jurnalistlər üçün keçirilən “Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda 2 həftəlik seminarın açılışında bildirilib.
QMİ sədri bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.