
Əfqanıstanın cənubunda olan Herat şəhərində məscidə terror hücumu olub.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən verdiyi xəbərə görə,bu barədə şəhər qubernatorunun müşaviri bəyan edib.
Məlumata görə, partlayış Hur Dervaze bölgəsinin Rizaiyə məscidində şam namazı vaxtı olub. Partlayış nəticəsində məscid imamı da daxil olmaqla 4 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, namaz qılınan əsnada naməlum bir şəxs içəri daxil olaraq Qurani-Kərimlərin də olduğu kitab rəfinə bomba yerləşdirib, sonra isə ordan qaçıb.
Hadisə ilə əlaqədar heç bir qruplaşma məsuliyyəti öz üzərnə götürməyib.
Xatırladaq ki, Ərbəin günü Kabil şəhərində olan və əsasən şiələrin toplandığı Baqirul-Ulum məscidinə intihar hücumunda 35 nəfər həlak olmuş, 85 nəfər isə yaralanmışdı.
Bundan başqa Herat Mədrəsəsinin alimlərindən olan Hüccətül İslam vəl-müslimin Seyid Üunus Ələviyə qarşı sui-qəsd həyata keçirilmişdi.