
İraqda çeçen əsilli olan İŞİD komandirlərindən biri məhv edilib - Bu barədə İraq müdafiə nazirliyinin bəyanatında bildirilir.
Ahlibeyt.az-ın Ria-ya istinadən verdiyi məlumata görə, səhra komandiri daha bir neçə terrorçu ilə birlikdə bir neçə gün əvvəl Mosul əməliiaytarı zamanı azad olunmuş Həmam-əl Xəlil şəhəri yaxınlığında məhv edilib. Onun adı açıqlanmır.
Bildirilir ki,İraqda İŞİD terror qruplaşması tərəfində döyüşən Qafqaz əsilli silahlılar adətən çeçenlər kimi təqdim olunur.
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.Əməmliiaytlara İraq ordusu ilə bərabər könüllü xalq birləşmələri və ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviasiya qüvvələri cəlb olunub.İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.