
Myanmada ordunun keçirdiyi əməliyyatlardan sonra yüzlərlə müsəlman qonşu ölkə Banqladeşə qaçıb.
Ahlibeyt.az-ın eastnews-a istinadən məlumatına görə, Myanma ordusunun 1 həftədən çoxdur müsəlmanların yaşadığı Arakan bölgəsində silahlı şəxslərlə mübarizə bəhanəsi ilə müsəlmanlara qarşı qətliam reallaşdırır.
Əməliyyatlar zamanı 100-ə yaxın müsəlman artıq həlak olub.
Myanmalı müsəlmanların müdafiə komitələri bəyan edir ki, müsəlmanların evləri və məscidlər yandırılıb.