İraq Könüllü Xalq Dəstələrinin digər hədəfləri də açıqlanıb
Ahlibeyt.az-ın islamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə RİA agentliyi məlumat yayıb.
Məlumata görə,İraq könüllü xalq dəstələrinin - "Həşd-Şabi" İŞİD tərəfindən işğal edilmiş Təl-Afər şəhərini mühasirəyə alır. Qeyd edək ki, bu şəhər terorçuların İraqın Mosul şəhəri ilə Suriya arasındakı əsas "yükboşaltma" bazasıdır. Bu haqda məlumatı könüllü təşkilatının komandanlığı verib.
Könüllülərin Təl-Afəri mühasirəyə almaqda digər məqsədi şəhərin yaxınlığında yerləşən kəndləri terrorçulardan azad etməkdir.
Qeyd edək ki, Təl-Afər İŞİD-in Mosuldan sonra İraqdakı ən böyük 2-ci qalasıdır.
![Tküugd, Haşbi Şaibi Milislerinin Telefari'ye Yaklaştığını Açıkladı, System.String[]](http://img.sondakika.com/haber/623/tkuugd-hasbi-saibi-milislerinin-telefari-ye-8985623_o.jpg)