
Gələn ilin dövlət büdcəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2 405 600 manat vəsait ayrılacaq.
Ahlibeyt.az-ın “Report”a istinadla verdiyi xəbərə görə,bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib.
Bu rəqəm 2016-cı ildə 2 157 664 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 247 936 manat çoxdur.