22 Noyabr, 2016
Moskvada QMİ sədri ilə bütün Rusiyanın patriarxı arasında görüş keçirilir (FOTO)

Moskvadakı “Danilovskaya” iqamətgahında rus-pravoslav kilsəsi rəhbərinin 70 illiyi münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və bütün Rusiyanın patriarxı Kirill arasında görüş keçirilir.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, görüşdə, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edir.

Səfir Bülbüloğlu prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Daha sonra QMİ sədri bütün Rusiyanın patriarxına Azərbaycan xalçası hədiyyə edib, patriarx Kirill isə öz növbəsində bütün Qafqazın şeyxinə medal təqdim edib.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5917.html