
Bu günlər bütün dünyada olduğu kimi Gürcüstanın müxtəlif bölgələrində hz. İmam Hüseyn (ə) və kərbəla şəhidlərinin Ərbəin mərasimi (qırx məclisi) təşkil olunub.
Ahlibeyt.az-a Gürcüstan Müsəlmanları İdarəsindən(BGMİ) verilən xəbərə görə, Ərbəin mərasimləri Gürcüstanın müxtəlif şəhər və kəndlərində məscid icmaları, fərqil təşkilatlar, xeyriyyəçilər tərəfindən məscid, hüseyniyyə və seyyid ocaqlarında keçirilib.
Mərasimlərdə çıxış edən din xadimləri tərəfindən Hz. İmam Hüseyn(ə)ın həyatı və Kərbəla vaqiəsi haqqında xütbələr edilib, nohə mərsiyyələr oxunub və sonda təşkilatçılar tərəfindən məclis iştirakçılarına ehsan süfrəsi açıldı.
Eyni zamanda BGMİ-nin təşkilatçılığı ilə cəza çəkimə müəssisəində əzadarlar üçün ehsan süfrəsi təşkil olundu.