19 Noyabr, 2016
“Məscid-ül-Həram” tunellər vasitəsilə Məkkədəki digər müqəddəs məkanlara birləşəcək

Məkkədəki "Məscid-ül-Həram" məscidi tezliklə tunel şəbəkəsi vasitəsilə müsəlmanların digər müqəddəs məkanları ilə birləşəcək.

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, tunellər planı artıq Məkkə Regionunun İnkişaf İdarəsi tərəfindən təsdiqlənib.

Sənədə əsasən, xidməti tunellər "Məscid-ül-Həram"ın daxili həyətini Ərəfat dağı və Camaratla əlaqələndirəcək. Yeraltı keçidlər Müzdəlifə vadisindən çəkiləcək.

Tunellər planı Məkkə əmiri şahzadə Xaled əl-Feysalın sədrliyi altında Ciddədə keçirilən toplantıda təqdim edilib.

Plan yekun təsdiq üçün Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə təqdim olunacaq. Planın icra müddətini də o müəyyənləşdirməlidir.

Sənəd, həmçinin Mina vadisində dağ yamacında yaşayış binalarının tikintisini özündə ehtiva edir. Həmin ərazidə artıq altı bina ucaldılıb. Binalarda 12 minədək zəvvar qala biləcək.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5910.html