20 Dekabr, 2011
"İxvanul-muslimin"dən fərqli olaraq vahhabilər İsraillə danışıqlara meyllidirlər

Bir neçə gün bundan öncə İsrail XİN-i bildirmişdi ki, İsrailin Misirdəki səfiri Misirdə keçirilən parlament seçkilərində qalib gəlmiş islamçılarla görüşlər və müzakirələr aparmaq iüçün yollar axtarır.

Parlament seçkilərində ən çox səs toplamış Misirin ən böyük müsəlman hərəkatı olan "İxvanul-Muslimin" bu xəbərin yayılmasından sonra bildirmişdi ki, biz İsraillə heç birmüzakirələr aparmayacağıq. Çünki İsrail ərəblərin və müsəlmanların torpaqlarını işğal etmiş qəsbkar bir dövlətdir və biz İsraili düşmən hesab edirik.

Amma "İxvanul-muslimin"dən fərqli olaraq seçkilərdə ikinci yeri tutmuş vahhabi partiyası olan "ən-Nur" partiyası İsraillə müzakirələr aparmağa meylli  olduqlarını bildiriblər. Partiyanın sözçüsü Yusri Həmad deyib ki, biz bu qərara gəlmişik ki, İsraillə müzakirələr aparılsın. Amma bu müzakirələr rəsmi və dövlət kanalları tərəfindən aparılsın.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-590.html