
Səudiyyə Ərəbistanının Mina çölündə zəvvarlar üçün nəzərdə tutulmuş çadırların döşəməsinə üçillik layihə çərçivəsində keramik plitələr döşənir.
Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, artıq, ümumi ərazinin 30 faizinə plitələr döşənib. Layihənin ilkin mərhələsində işlər ərazinin xarici zəvvarların yerləşəcəyi hissədə gedir. İki milli şirkətin reallaşdırdığı layihə çərçivəsində 120 min kvadrat metr sahəyə plitə döşənəcək.
Bildirək ki, son Həcc ziyarəti ərəfəsində Mina çölündə modernləşdirilmiş çadırların 30 faizi kondisionerlərlə təchiz olunmuşdu.