3 Noyabr, 2016
"Həşd-Şabi" İŞİD-in İraq-Suriya yolunu nəzarətə götürdü

İraqlı könüllülərin briqada generalı Cəfər əl-Hüseyni növbəti uğur haqda danışıb.

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, "Associated Press"-in məlumatında bildirilir ki, İraqın şiə könüllü birləşmələri İŞİD-in İraqdakı əsas qalası olan Mosul ilə Suriyanın ən böyük şəhərlərindən olan və terrorçuların faktiki paytaxtı hesab edilən Raqqa şəhəri arasındakı yol üzərindəki nəzarəti bərpa edib.

Bu haqda könüllülərin nümayəndəsi briqada generalı Cəfər əl-Hüseyni danışıb.

Könüllülərin saytında deyilir ki, söhbət Mosuldan cənub-qərbdə yerləşən Layn yolundan gedir.

Qeyd edək ki, Raqqa və Mosul İŞİD terrorçularının Suriya və İraqdakı əsas istinadgahlarıdır.

Əl-Hüseyninin sözlərinə görə, məlum yol Mosulu işğal altında tutan terrorçuların əsas təchizat yolu olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5873.html