
İraqın Baş naziri Heydər əl-Abadi - Mosula olduqca çox yaxınlaşmışıq.
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “Sumarianews”məlumat yayıb.
Məlumata görə, İraqın Baş naziri Heydər əl-Abadi Mosul əməliyyatı barədə açıqlama verib. Açıqlamasında İŞİD-i sərt şəkildə təhdid edən Abadi bildirib:
“Qüvvələrimiz İŞİD-in Mosulda olan üzvlərinin başını qoparacaq. Onlar hara getsələr tapacaq və bütün bölgələrimizi azad edəcəyik. Neynəva bölgəsinin azadlığı ölkəmizin əsas hədəfidir. Qüvvələrimiz İŞİD-in məhvindən sonra xalqa xidmət etməyə hazır vəziyyətə gəliblər.
İŞİD-in ya təslim olmaq, ya da ölməkdən başqa çıxış yolu yoxdur. Mosula olduqca çox yaxınlaşmışıq.”