17 Avqust, 2023
Bu axşam səfər ayı daxil olur
Səfər ayının əməlləri

Bu axşam şam azanı zamanı qəməri təqvimi ilə məhərrəm ayı sona çatır və səfər ayı daxil olur.

Bu ayın Səfər adlanması barədə qeyd olunur ki, Səfər kəlməsi ərəbcə olan "Sufrəh صُفْرَة" kəlməsindən götürülüb və mənası "sarı" deməkdir. Ehtimala əsasən bu ayın adının qoyulmasının vaxtı payız fəsli olub və ağacların yarpaqları sarı olmuşdur. Lakin bu ehtimal zəif hesab olunur.

İkinci səbəb kimi isə o göstərilir ki, Səfər kəlməsi "Sifr صِفْر" kəlməsindən götürülüb ki, mənası "boş" deməkdir. Beləki, haram ayından sonra gələn Səfər ayında müharibələr yenə başlayardı və şəhərlər boşalarmış.

Kərbəlada Aşura hadisəsindən sonra Əhli-beyt  (ə) əsirlərinin Şama daxil edilməsi Səfər ayının ilk gününə təsadüf etmişdir.

Hz.Rəsuləlah(s) Səfər ayı barədə buyurarmış: "Hər kim mənə Səfər ayının bitdiyini xəbər verərsə, ona Cənnət müjdəsini verərəm".

Hər ayın daxil olmasının müştərək əməlləri:

Dua:

Səfər ayının hilalını gördükdə 3 dəfə Allahu Əkbər, 3 dəfə La ilahə illəllah və sonra deyirsən ki, Əlhəmdu lillahil-ləzi izhəbə şəhrə kəza(Səfər) və caə bi-şəhrə kəza(Səfər).

Həmçinin Səfər ayının hilalını gördükdə "Səhifeyi-Səccadiyyə"nin 33-cü duasını oxumağı tapşırıblar.

"Səfər” ayı "ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək.

Səfər ayı qeyd olunan duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ

Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya mun`imu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəstə­cəb­na lə­hu və nəccəynahu minəl-ğəmm, ə kəzalikə nuncil mu`­minin, və səlləllahu əla Mu­həm­mədin və alihit-təy­yibinət-tahirin.

Quran:

7 dəfə "Fatihə" surəsini oxumaq.

Oruc:

Əllamə Məclisi(r) rəvayət edir ki, hər ayın 3 gününü oruc tutmağı bizə tapşırıblar. Və bu 3 gün bunlardır: Ayın ilk və son Cümə axşamı günü və 2-ci ongünlüyün ilk Çərşənbə günü.

Namaz:

Hər ayın ilk gecəsi olduğu kimi bu gecə də 2 rikət namaz qılmaq. Hər rikətdə "Fatihə" surəsindən sonra "Ənam" surəsini oxumaq. Namaz bitdikdən sonra isə Allahdan hər bir qorxudan və dərddən amamn istəmək.

Bu ayın ilk günü 2 rikət namaz qılmaq. Birinci rikətdə "Fatihə" surəsindən sonra 3 dəfə "İxlas" surəsini, ikinci rikətdə isə "Fatihə" surəsindən sonra 3 dəfə "Qədr" surəsini oxumaq. Namazı bitirdikdən sonra Allah yolunda sədəqə vermək. Buyrulmuşçdur ki, kim bu əməli edərsə, həmin ayı salamtlıqla keçirər.

Səfər ayının üçüncü gününün əməlləri:

Seyid ibn Tavus "Əshabunəl-imamiyyə” kitabından belə nəql edir: "Səfər ayının üçüncü günü iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, namazın birinci rükətində "Həmd” surəsindən sonra "Fəth” surəsi, ikinci rükətdə "Həmd” surəsindən sonra "İxlas” surəsi, namazın salamından sonra isə yüz dəfə salavat və yüz dəfə "Əllahumməl`ən alə Əbi Sufyan.” (Allah Əbu Süfyanın övladlarına lənət etsin!) – demək, ondan sonra da yüz dəfə tövbə edib, Allahdan hacət diləmək göstəriş verilir.

Bu ayda İslam tarixində baş verən bəzi hadisələri qeyd edirik:


Səfər ayının 1-i: İmam Hüseynin (ə) əhli-beytinin (ə) əsir kimi Şama daxil olması.

 

Səfər ayının 3-ü: İmam Muhəmməd Baqirin (ə) dünyaya gəldiyi gün.

 

Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.

 

Səfər ayının 7-si: İmam Musa Kazımın (ə) doğum günü.

 

Səfər ayının 8-i: Peyğəmbərimizin (s) məşhur səhabəsi Səlman Farsının vəfatı.

 

Səfər ayının 9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.

 

Səfər ayının 17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.

 

Səfər ayının 20-si: İmam Hüseynin(ə) şəhadətinin “Ərbəin”(40 mərasimi) günü.

 

Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin(s)  vəfatı,İmam Həsən-     Müctəbanın(ə) vəfatı

 

Səfər ayının 29-u: İmam Rzanın (ə) şəhadəti.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5859.html