
Mosulun azad edilməsi əməliyyatları çərçivəsində bazar günü şəhər ətrafındakı 11 kənd İŞİD terrorçularından azad edilib.
Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə,9 yaşayış məntəqəsi İraq ordusu, 2 kənd isə Kürd peşmərgə birləşmələri tərəfindən azad edilib.
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib