24 Oktyabr, 2016
Bakıda nurçulara qarşı əməliyyat keçirilib

Bakıda nurçulara qarşı əməliyyat keçirilib - Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda bildirilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan  15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğu təbliğ edirmiş

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5841.html