24 Oktyabr, 2016
İraq ordusu və könüllü briqadalar Mosul istiqamətində irəliləməkdədirlər

Ordunun irəliləyişləri sürətlidir və İraq ordusu indiyədək Mosulun cənub istiqamətində bir çox kənd və şəhərcikləri azad edib.

Ahlibeyt.az-ın iran mediasına istinadən məlumatına görəbu barədə Əl-İraqiyyə telekanalı məlumat yayıb.

Məlumata görə, İraqın mərkəzi polisinin qüvvələri və İraq ordusu zirehli qüvvələrinin 9-cu diviziyası Mosulun cənub bölgələrindəki irəliləyişlərinin davamında bir çox kəndi İŞİD terrorçularından təmizləyiblər və artıq Diclə çayının sahilinə çatıblar. Bu əməliyyatlarda terrorçulara ağır zərbələr vurulub və terrorçuların çoxu təchizatları ilə birlikdə məhv edilib.

İraq ordusunun 34-cü diviziyasının komandanı general Salih Hərəz Nasir deyib: Bu istiqamət bizim diviziyanın ixtiyarına verildi , diviziyanın tanklar və zirehli texnikası bu ərazilərdə yerləşdirilib. Həmçinin mərkəzi polisin bölmələri də ərazilərdə fəaliyyət göstərir. Bizim missiyamız minalanmış avtomobilləri məhv etməkdən ibarətdir, indiyədək İraqın mərkəzi polis qüvvələrinin əməkdaşlığı ilə 15-dən çox minalanmış avtomobili məhv edə bilmişik.  Əş-Şurə bölgəsi bu istiqamətdə terrorçuların bazası hesab olunur və tam məhv edilib, qüvvələrin hücuma keçərək bu bölgəni azad etməsinə şərait yaradılıb.

Bu gün qəhrəman könüllülər bölməsi bu ərazilərdə irəliləyib və yuxarı və aşağı Fişkə kəndlərini azad edib, didərginləri evakuasiya edərək terrorçuları məhv edib, terrorçuların çoxlu miqdarda silah-sursatını ələ keçiriblər. Həmçinin Əl-Səfinə və Əl-Xunə şəhərcikləri də terrorçuların işğalından azad edilib.

Əs-Səfinə və Əl-Hərarə kəndlərini və onlarla digər kəndi İŞİD terrorçularının işğalından azad ediblər. Biz terrorçulara ağır zərbələr endirmişik, çoxlu sayda terrorçu silah-sursaları ilə bərabər məhv edilib.

İraq ordusunun 16-cı diviziyasının 75-ci qardizonu ərazidə yerləşib və Əş-Şurə qəsəbəsinə daxil olmaq ərəfəsindədir.Qəsəbə tam mühasirəyə alınıb və Mosulun tam azad edilməsinədək əməliyyatı davam etdirəcəyik.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5840.html