
İraq Parlamenti spirtli içkilərin istehsalı, satışı və idxalını qadağan edən qərar qəbul edib
Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə FransPress agentliyi məlumat yayıb.
Ötən gecə İraq Parlamenti spirtli içkilərin istehsalı, satışı və idxalını qadağan edən qərar qəbul edib.
Məlumata görə, qeyd olunan qadağa qanun lahiyəsinin maddələrindən birinin müzakirəsi zamanı gözlənilmədən əlavə olunub.
Qanuna görə spirtli içkilərin istehsalı, satışı və idxalını həyata keçirən fiziki və hüquqi şəxslər cəzalanacaqlar.Qanunu pozanların 20 min dollara qədər cərimə olunacağı bildirilir.
Xristian parlamentari Yonadam Kann ölkə parlamentin bu qərarını tənqid edərək, xristianların bu qərarla bağlı məhkəməyə müraciət edəcəkərini bildirib.
İraqlı parlamentarilər öz növbəsində qəbul olunan qanun lahiyyəsinin ölkə qanunvericiliyinə və İslam dini göstərişlərinə uyğun olduğunu bildiriblər.