
İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının 9-cu sessiyası keçirilir
22 müsəlman ölkəsindən nümayəndələrin qatıldığı Ali Şuranın görüşü oktyabrın 22 və 23-də keçiriləcək.
İki günlük konfrans İslam Oyanışı Baş Assambleyasının baş katibi doktor Əli Vilayətinin nitqi ilə başlayıb.
İslam alimləri, ictimaiyyət nümayəndələri və İraq rəsmilərinin qatıldığı toplantının iştirakçılarının əksəriyyəti dünyanın nüfuzlu əhli-sünnə məzhəbindən olan nümayəndələrdir.
Konfrans Mosul şəhərinin İŞİD vandallarından təmizlənməsi əməliyyatlarının fonunda keçirilir. Konfransa İraq baş naziri Heydər Əl-Abadi, İraq Ali İslam Şurasının baş katibi Seyyid Əmmar Həkim, İraq vitse-prezidenti Nuri əl-Maliki və digər qonaqlar qatılıb.
Qeyd edək ki, Ali Şuranın toplantısında Azərbaycandan da nümayəndələr, o cümlədən Hacı İlqar İbrahimoğlu, Hacı Sərdar Hacıhəsənli də iştirak edir.
Mənbə: Dəyərlər.org