21 Oktyabr, 2016
Ölkənin hava məkanını pozan Türkiyə təyyarələri vurulacaq - Suriya

Suriya ordusu Türkiyənin ölkənin hava məkanını pozan istənilən hərbi təyyarəsini vuracağına dair xəbərdarlıq edib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusu komandanlığı bəyanat yayıb.

Komandanlıq rəsmi Ankaranı Hələbin şimalındakı kürd yaşayış məntəqələrinə aviazərbələr endirərək 150 dinc sakini öldürməkdə günahlandırıb.

“Suriya hava məkanını pozan Türkiyə təyyarələri ilə bağlı tədbir görüləcək və bütün imkanlar səfərbər edilərək bu təyyarələr vurulacaq.”, - bəyanatda deyilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5831.html