
İraq ordusu Mosulun İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı çərçivəsində Bartalla şəhərini terrorçulardan tam təmizləyiblər.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN məlumat yayıb.
Xəbərə görə, qızğın döyüşlər zamanı azı 200 silahlı öldürülüb.
Məlumata görə, Bartalla şəhəri Mosuldan təxminən 13 km şərqdə yerləşir.