20 Oktyabr, 2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 26-da Beyləqan rayonunda Füzuli, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Beyləqan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti, 7 ) saat 11:00-da keçiriləcək.

Ahlibeyt.az-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov Mob: (050) 562-72-32 Telefon: ( 021) 24-6-62-99 e-mail:info@scwra.gov.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5827.html