20 Oktyabr, 2016
Putin, Merkel və Olland arasında Suriya danışıqları başa çatıb

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransanın dövlət başçısı Fransua Olland arasında arasında Suriya probleminin nizamlanması üzrə danışıqlar başa çatıb.

Ahlibyt.az "Report"a istinadən xəbər verir ki, danışıqlar 2,5 saat davam edib.

Suriya və Rusiya Suriyada ancaq terrorçuların mövqelərinə zərbələr endirilməsində təkid edirlər. Habelə ABŞ-ı mülayim müxalifət dəstələrinə təsir etməməkdə ittiham edirlər.

Son aylar Hələbdə vəziyyət daha da gərginləşib. Şəhərdə və onun ətrafında ağır döyüşlər gedir.

Qərb Moskva və Dəməşqi mülki sakinləri və müxalifətin mövqelərini bombardman etməkdə ittiham edir.

Suriya danışıqlarından əvvəl Putin, Merkel, Olland və Poroşenko "Normand dördlüyü" çərçivəsində Donbasdakı vəziyyəti müzakirə ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5826.html