19 Dekabr, 2011
Ali Səud Məscidul-Hərəmin iki qapısının adını Ali Səud krallarının adı ilə əvəz edib

Ali Səud rejimi Məscidul-Hərəmin iki qapısının adını öz ata-babalarının adları ilə əvəz edib. Beləki, əl-Ümrə və əl-Fəth qapıları Kral Səud və Kral Xalid adlarına dəyişdirilib.

45 saylı qapı əl-Fəth qapısı Kral Xalid, 62 saylı qapı əl-Ümrə qapısını isə Kral Səud adı ilə əvəz etməklə bir daha İslam və müsəlmanları təhqir edən Ali Səud rejimi öz addımını belə izah edib ki, həmin krallar müsəlmanlara və İslama xidmət göstərdikləri üçün onların adlarını əbədiləşdirmək qərarına gəliblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-582.html