18 Oktyabr, 2016
Almaniya prezidenti müsəlman ola bilər

Almaniya prezidenti postunu tərk etməyə hazırlaşan Yoahim Qauk ehtimal edir ki, gələcəkdə ölkəsinin prezidenti müsəlman ola bilər. Bu barədə Bild nəşri yazıb.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, “Gələcəkdə bunun mümkün olacağını istisna etmirəm”, – deyə Qauk bildirib. Almaniyanın bir sıra yüksək rütbəli məmuru da belə düşünür. Almaniya Sosial Demokrat Patosuasının rəhbəri Tomas Oppermann düşünür ki, Almaniyanın gələcək prezidentinin hansı dinə xidmət edəcəyi əhəmiyyətli olmamalıdır. Əsas odur din konstitusiyadan üstün olmasın.

Partiyanın sədr müavini Ralf Şteqner də hesab edir ki, dövlət başçısının cinsi və dini ikinci dərəcəli məsələdir.

Almaniyanın “Yaşıllar” Partiyasının sədri Cem Özdəmir də bunun əleyhinə deyil. Onun sözlərinə görə, ölkə nəticədə dini lider deyil, yaxşı prezident əldə edir.

Almaniya prezidenti vəzifəsinə 40 yaşından yuxarı ölkə vətəndaşı seçilə bilər. Dini mənsubiyyət rol oynamır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5819.html