
BMT-nin yeni seçilmiş baş katibi Suriyada sülhə nail olunmasına çalışacağını bildirib.
Ahlibeyt.az-ın vesti.ru-ya istinadənməlumatına görə, Portuqaliyanın sabiq baş naziri Antonio Quterreş rəsmi olaraq BMT-nin baş katibi təyin edilib.O,qarşıdan gələn 5 il müddətinə BMT-yə rəhbərlik edəcək.
Yeni seçilmiş BMT rəhbəri Suriyada sülhə nail olunmasına çalışacağını bildirib.O qeyd edib ki,Suriya xalqının başına gətirilən faciələr onun qəlbini parçalayır və o bütün gücü ilə çalışaraq bu xalqın əzablarına son qoyulması üçün əlindən gələni əsirgəməyəcək
O bu ilin sonunda Pan gi Munun 5 illik ikinci katiblik dönəmi başa çatdıqda fəaliyyətə başlayacaq.
67 yaşlı yeni katib 13 namizəd arasından seçilib.Quterreş 10 il BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.
Qeyd edək ki, hazırda Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.