
İsveç mətbuatı İsveç polisində ilk hicablı xanımın işə başlaması barədə xəbər verib.
Bildirilir ki, 26 yaşlı Duna əl-Camal polisə işə götürülməzdən əvvəl türmələrin birində işləyib.
İsveçin ilk hicablı polisi Duna əl-Camal hicabın onun işinə mane olub-olmayacağı barədə deyib ki, hicab ona heç bir maneə yaratmır və heç vaxt hicabı tərk etməyəcək.