19 Dekabr, 2011
550 əsir sərbəst buraxıldı

Sionist rejimi dünən axşam daha 550 fələstinlini əsirlikdən azad edərək HƏMAS təşkilatı ilə aralarında bağlanmış razılaşmanı sona çatdırıb.

Azadlığa buraxılmış əsirlərin əksəriyyəti İordan çayının Qərb sahilinin sakinləridir. Azad olunanların 55 nəfəri 14-17 yaşlı yeniyetmələrdir.

Xatırladaq ki, oktyabr ayında İsraillə ilə HƏMAS arasında əldə olunan razılaşmaya əsasən İsrail HƏMAS-ın əsir götürdüyü israilli kapralın əvəzində 1027 fələstinlini azad edəcəyini bildirmişdi. Razılaşmaya əsasən fələstinli əsirlər 2 etapa azad edilməli idlər ki, birinci partiyada 450 fələstinli azad edilmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-579.html