10 Oktyabr, 2016
Aşura şəhidlərinin siyahısından ibarət plakat hazırlanıb - Foto

İslam araşdırmaçısı Natiq Rəhimov Aşura şəhidlərinin siyahısından ibarət plakat hazırlayıb.

Ahlibeyt.az-ın islam.az-a istinadən məlumatına görə, plakatda Aşura günü Həzrət İmam Hüseynlə (ə) birlikdə şəhid olanların adları döyüşün gedişatına uyğun olaraq ayrı-ayrı qruplar şəklində əks olunub. Belə ki, araşdırmaçı Yezid qoşununun ilk həmləsini dəf edərkən və təkbətək çarpışmalarda şəhid olanların adlarını ayrıca siyahılar şəklində qeyd edib. Plakatda, həmçinin Bəni-Haşimdən olan şəhidlərin, Bəni-Haşimin şəhidliyi tarixi mənbələrdə tam sübuta yetməmiş üzvlərinin, eləcə də şəhidliyi tam sübuta yetməmiş digər şəxslərin adları əks olunub.

N.Rəhimov özü bu barədə bildirib ki, siyahıda adı verilən hər bir şəxs haqqında  silsilə yazılar və nisbətən geniş məlumatlar veriləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5783.html