18 Dekabr, 2011
Vəsvəsə və qəlb iztirabından qurtulmaq üçün buyrulmuş zikrlər

Hz.Rəsuləllah(s) vəsvəsədən və qəlb iztirabından qurtulmaq üçün tez-tez bu zikri zikr etməyi buyurmuşdur:

«لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ»

 

"Lə həulə və lə quvvatə illa billahil-aliyyil-azim və səlləllahu `əla Muhammədin və alihit-teyyibin"

Tərcüməsi: "Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur və Allahın salamı olsun Məhəmmədə(ə) və Onun pak Əhli-Beytinə(ə)". Biharul-Ənvar c.91, səh.12

Həmçinin Hz.Əli(ə) də vəsvəsədən və qəlb iztirabından qurtulmaq üçün bu zikri çoxlu zikr etməyi tapşırmışdır:

«آمَنْتُ بِاللَّهِ وَ بِرَسُولِهِ مُخْلِصاً لَهُ الدِّينَ»

 

"Aməntu billahi və birəsulihi muxlisən ləhud din"

Tərcüməsi: "Allah və Rəsuluna(ə) xalis iman gətirdim və dinin sahibi Odur(Allah)". Biharul-Ənvar c.10, səh.102

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-578.html