6 Oktyabr, 2016
KİV: "Əl-Qaidə" Avropa ölkələri, o cümlədən Britaniyada terror törətmək niyyətindədir

“Əl-Qaidə” terror təşkilatı Böyük Britaniya daxil olmaqla Avropa ölkələrində terror aktları törətmək niyyətindədir.

Ahlibeyt.az-ın azvision.az-a istinadla verdiyi xəbərə görə,bu barədə “The Times” xəbər yayıb.

Nəşrin məlumatına görə, terrorçular İŞİD-in Suriyada məğlub duruma düşməsi fonunda Avropa ölkələrində terror aktları təşkil etmək istəyir.

“Terrorçular Avropaya ölümcül zərbə vurmaq üçün məqam gözləyirlər”, - deyə xəbərdə vurğulanır.

Böyük Britaniya müdafiə naziri Maykl Fellon qəzetə bildirib ki, “əl-Qaidə” terror təşkilatı Krallığın təhlüksəzliyinə birbaşa təhdiddir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5759.html