17 Dekabr, 2011
Qətər əmiri vahhabiliyi dəstəklədiyini bildirib

Qətər əmiri Şeyx Həməd bin Xəlifə ət-Tani Səudiyyə Ərəbistanının səfiri ilə birlikdə Qətərdə 30 min nəfərlik məscidin açılışında iştirak edib.

Vahhabiliyin banisi Məhəmməd ibn Əbdül-Vahhabın adını daşıyan məsciddə çıxış edən Qətər əmiri deyib ki, bu gün İslam ümməti dinin qorunması üçün vahhabiliyin əzmkarlığından və sadiqliyindən ilham almağa ehtiyac duymaqdadır.

Bu məscidin Məhəmməd ibn Əbdül-Vahhab adlandırılmasını ibn Əbdül-Vahhabın öz əsrində islahatçı və böyük alim olması ilə əlaqələndirən Həməd bin Xəlifə ət-Tani, istifadəyə verilən məscidin minbərinin müsəlmanların islah olunmasına və bidətlərin aradan qaldırılmasına xidmət edəcəyinə ümid etdiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-575.html