5 Oktyabr, 2016
Türkiyədən Səudiyyənin zəvvarlara tətbiq etməyə planlaşdırdığı qaydalara etiraz

Səudiyyə Ərəbistanında Ümrə ziyarəti üçün ölkəyə gələnlərə yeni qaydalar tətbiq etmək təklif olunub.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə ApaTv Türkiyə mətbuatına istinadən məlumat yayıb.

 

Qaydaların qüvvəyə minəcəyi təqdirdə, Ümrəyə birinci ziyarət istisna olmaqla gələn hər bir müsəlman 540 dollar ödəməlidir.

Bu təklifə ilk etiraz Türkiyədən gəlib. Həcc və Ümrə Səyahət Agentliyinin üzvü olan turizm şirkətlərinin nümayəndələri bir araya gələrək təklifin geri götürülməsini istəyiblər.

 

Qurumun rəhbəri Məhmət Uzunər bu addımın yanlış olduğunu bildirib:“Bu qərar İslam aləmində ciddi etirazlarla qarşılanacaq, çünki hər bir müsəlmanın ürəyində Kəbəni görmək arzusu var”.

Uzunərin sözlərinə görə, hazırda Məkkəyə uçmaq istəyənlərin sayı artıq azalıb. O, məsələyə Türkiyə Diyanət İşləri Başqanlığının da münasibət açıqlamasını vacib hesab etdiyini deyib.

Bu arada Misir və İordaniyada da  vətəndaşların Ümrə ziyarətinə getməkdən vaz keçəcəkləri bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5749.html