3 Oktyabr, 2016
Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilir

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilir.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Əli Həsənov qeyd edib ki, İƏT müsəlman ölkələrinin birlik modeli kimi özünü təsdiq edib. Təşkilat üzv dövlətlərin xalqlarının maraqlarını qorumaq baxımından çox önəmlidir.

Bu platformanın əhəmiyyətindən danışan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, İslamı terrorla eyniləşdirmək cəhdləri haqlı olaraq bütün müsəlman aləmində ciddi narahatlıqlar doğurur.

Ermənistan–Azərbaycan münaqişəsinə toxunan Əli Həsənov qeyd edib ki, 20 ildən çoxdur BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələrinə Ermənistan məhəl qoymur.

Konfrans işini məruzələr və müzakirələrlə davam etdirir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5742.html