
"Şiə-sünni bir-birini təkfir etməsə və elmi hövzə cəhətdən vəhdət yaratsaydı bu gün təkfirçi qruplardan əsər-əlamət qalmazdı."
Ahlibeyt.az-ın İslamazer.az-a istinadən məlumatına görə,bunu nüfüzlu təqlid-məracesi Ayıtullah Cavadi Amuli bildirib.
Təfsir dərsi öncəsi şiə-sünni vəhdəti mövzusuna toxunan Ayətullah Cavadi Amuli deyib:
“Şiə-sünni bir-birini təkfir etməsə və elmi hövzə cəhətdən vəhdət yaratsaydı bu gün təkfirçi qruplardan əsər-əlamət qalmazdı.
İmam Əlinin (ə) bəzi məsələlərlə bağlı sərt sözləri var, lakin Seyid Rəzi bunu "Nəhcül-Bəlağə"də gətirməyib. Elə bu səbəbdəndir ki, bu kitabın şərhlərinin 80%-i əhli-sünnə tərəfindən yazılmışdır.”